AZ

Nunyes İngiltərəyə qayıda bilər - Bu məbləğdə maaşın azaldılmasına razıdır

"Liverpul"un sabiq hücumçusu, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın uğurları üçün çalışan Darvin Nunyes İngiltərəyə qayıda bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Məlumata görə, onun xidmətində "Çelsi" və "Nyukasl" maraqlıdır. Mənbə 26 yaşlı Nunyesin yenidən Premyer Liqada top qovmaq variantına isti yanaşdığını diqqətə çatdırıb. Hazırda həftədə 460 min avro maaş alan forvardın məvacibinin azaldılması variantına da razı olduğu vurğulanıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 24 matça çıxan Nunyes 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Toğrul

Seçilən
1
2
fanat.az

3Mənbələr