Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bu gün Mayamidə Vaşinqtonla ideolojibaxımdan yaxın olan bir sıra Latın Amerikası ölkələrininliderlərini qəbul edəcək.
Trend bu barədəxarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, “Amerika qalxanı” adlı zirvə görüşündə Argentina,Boliviya, Honduras, Kosta-Rika, Panama, Paraqvay, Salvador, Ekvadorliderləri, eləcə də Çilinin yeni seçilmiş prezidenti iştirakedəcək.
Görüşün gündəliyinə təhlükəsizlik, qanunsuz miqrasiya, LatınAmerikası ölkələrində mütəşəkkil cinayətkarlıq problemləri,həmçinin Amerika qitəsində Çinin təsirinə qarşı mübarizə məsələləridaxildir.