AZ

Sədaqət Qəhrəmanova: “Qadınlarımız zamanla cəmiyyət içərisində öz sözünü deməyi, hüquqlarını qorumağı bacarıb”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Facemark” şirkətinin təşkilatçılığı ilə 7 mart 2026-cı il tarixində Gülüstan Sarayında II Qadın Liderləri Zirvəsi keçirilib və tədbir müxtəlif sahələrdə iz qoymuş qadın liderləri eyni səhnədə birləşdirib.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış edib.

“Bu gün burada toplaşan qadınları gördükdə keçmişi yada saldım. Biz müharibə görmüş xalq olmuşuq. Qadınlarımızın üzərinə çox zəhmət düşüb. Bu gün burada toplaşan qadınlara baxdıqda çox sevinirəm. Biz bunu bacardıq. Qadınlarımız artıq öz hüquqlarını bilirlər.

Bəzən deyilir ki, “Azərbaycanda niyə qadın nazir yoxdur?”, “Niyə müavin qadınlar azdır?”. Bunun cavabı çox sadədir. Biz illərlə müharibəyə düçar olmuşuq. Qadınlarımız zamanla cəmiyyət içərisində öz sözünü deməyi, hüquqlarını qoruya bilməyi bacarıb”,-deyə Sədaqət Qəhrəmanova bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova sonda qeyd edib ki, qadınlar çiçəkdir və onların inkişafı cəmiyyətin inkişafıdır.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
170
bizimyol.info

1Mənbələr