AZ

"Molla rejimi bitir" - deputatdan qəzəbli açıqlama

Azərbaycanda İranla əlaqəli terror planları ilə bağlı açıqlanan məlumatlar siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev məsələ ilə bağlı sərt açıqlama verib.

Deputat bildirib ki, “SEPAH”ın planlaşdırdığı terror aktları barədə faktların ictimaiyyətə açıqlanması İranın Azərbaycana münasibətinin dəyişmədiyini bir daha göstərdi. Onun sözlərinə görə, bu hadisə İranın təxribatçı siyasətinin davam etdiyini açıq şəkildə ortaya qoyur.

Elşən Musayev açıqlamasında deyib:

f9a21e59-a147-4e13-9b2f-67c002aca0cb.jpeg

““SEPAH”ın planladığı terror aktları ilə bağlı məlumatlar dünən ictimaiyyətə açıqlandıqdan sonra hər kəs bir daha əmin oldu: İran, həmin İrandır. Xisləti dəyişməyən İran. Təxribatçı İran. Terrorçu İran. Xəbis İran… Boru dağıtmaq, ictimai xadim öldürmək istəyirmişlər! Nankorlar! Nadanlar! İkiüzlülər! Və? Dağıda, öldürə bildinizmi? Yox, əlbət! Amma ara yerdə rüsvay oldunuz, özünüzü daha da rəzil etdiniz və ən əsası: Azərbaycanı, azərbaycanlıları bu dəfə tamamən itirdiniz. Bəli. İtirdiniz. Ən azından molla rejimi tarixin arxivinə gömülənə qədər. Quruluş dəyişənə qədər. “SEPAH”ın nökərləri, ideoloqları, sifariş verənləri idarəçilikdən rədd olub gedənə qədər… Hər halda, məqam artıq yetişib. 47 illik kabusun, qaranlığın, nihilizmin, dərəbəyliyin sonuna çox az qalıb. Elə İran idarəçiliyindəki mövcud panika, xaos, rabitəsizlik də məhz son çırpıntıların, can vermənin, bitimin, tükənmənin, tezliklə cəhənnəmə vasil olmanın əlamətidir. Bir neçə günə hamı rahat nəfəs alacaq. Farslar da, çoxmilyonluq cənubi azərbaycanlılar da, qonşular da… Bitir, molla rejimi. Bitir, riyakarların saxta epoxası. Bitir, iblislərin hökmranlığı. Nəhayət! Bitir…”

Deputat hesab edir ki, son hadisələr İran daxilindəki siyasi və idarəçilik böhranının da göstəricisidir. Onun fikrincə, regionda sabitliyin bərpası üçün Tehran hakimiyyətində ciddi dəyişikliklər baş verməlidir.

Qeyd edək ki, Azərbaycan təhlükəsizlik orqanları tərəfindən son günlər İranla əlaqəli olduğu bildirilən bir sıra təxribat və terror planlarının qarşısının alındığı barədə məlumatlar açıqlanıb. Bu hadisələr ölkə daxilində və regionda geniş siyasi rezonans doğurub.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr