AZ

"Milan" bu halda Alleqrinin maaşını artıracaq

"Milan" rəhbərliyinin komandanın baş məşqçisi Massimiliano Alleqri ilə bağlı mövqeyi bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.

Məlumata görə, klub adı "Real Madrid"lə yanaşı çəkilən mütəxəssisin qarşısına şərt qoyub. İtaliya nəhəngi Çempionlar Liqasına vəsiqə qazansa,  baş məşqçinin maaşı 5 milyon avrodan 6 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, "Milan" 27 turdan sonra A seriyasında 2-ci  pilləsində mövqe tutub. Komanda ÇL-ə yollana bilmək üçün mövsümün sonunda ilk "4-lük"də olmalıdır.

Toğrul

Seçilən
1
1
fanat.az

2Mənbələr