AZ

İran XİN: “Tehran ABŞ ilə danışıqlar aparmır”

“İran ABŞ ilə danışıqlar aparmır. 

Çünki İran hazırkı ABŞ administrasiyasına etibar etmir”.

“Cebheinfo.az”-ın məlumatına görə, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Ravançi “France24”-ə açıqlamasında belə deyib.

Jurnalistin Vaşinqtonla mümkün əlaqələr barədə sualını cavablandıran diplomat Tehranın bu variantı nəzərdən keçirmədiyini vurğulayıb. 

“Xeyr, biz amerikalılara etibar etmirik. Onlar təkcə bizə deyil, həm də diplomatiyaya xəyanət etdilər. Onlar bizə hücum edəndə biz danışıqların ortasında idik. Bu təcavüzkar müharibəni biz başlatmamışıq”, - deyə Ravançi bildirib. 

Onun sözlərinə görə, Cenevrədə keçirilən danışıqların son mərhələsi yaxşı gedirdi və diplomatik həllə gətirib çıxara bilərdi. 

Lakin İran Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, ABŞ mövqeyini dəyişib və bununla da məsələni dialoq yolu ilə həll etmək fürsətini əldən verib.

“Əslində, ABŞ bu fürsəti əldən verdi. Biz vicdanla danışıqlar apardıq və qənaətbəxş nəticə əldə etmək üçün əlimizdən gələni etdik. Ötən cümə axşamı Cenevrədə keçirilən danışıqların sonuncu mərhələsi uğurlu oldu.

İndi amerikalılardan soruşmalıyıq: niyə fikirlərini dəyişdilər və niyə güc tətbiq etdilər?”, - deyə nazir müavini əlavə edib. 

Xatırladaq ki, Məcid Taxt-Ravançi martın 6-da İsrailin endirdiyi hava zərbələri nəticəsində yaralanıb. 

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr