AZ

Prezident İlham Əliyev haqqında absurd fikirlər deyən türkiyəli deputat həbs edilməlidir

"Türkiyə xalqını təmsil edən parlamentin ölkəmiz əleyhinə fəaliyyətlərə alət edilməsi isə artıq hiddət doğurmaya bilməz".

News365.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Quliyev deyib. 


Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin çətiri alında gizlənən bir sıra şəxslər Azərbaycana, dövlətimizin başçısına qarşı qərəzli ittihamlar səsləndirir, reallığı təhrif etməkdən çəkinmirlər.

"Bu yalanlar isə yenə də Türkiyə mətbuatına ayaq açır və ictimai rəyə təsir göstərir. Parlament üzvü olan Ömer Faruk Gergerlioğlu adlı şəxsin ölkəmiz və Prezident İlham Əliyev haqda növbəti absurd fikirləri də bu çərçivədə qiymətləndirilməlidir.


Bütün bunlar isə yuxarıda qeyd etdiyimiz kimi, dövlətin qətiyyətini və ardıcıl mövqeyini ön plana çıxarır. Və bizim Türkiyəyə münasibətdə nümayiş etdirdiyimiz eyni həssaslığı Türkiyədən gözləməyə tam haqqımız var. Düşünürük ki, Türkiyə dövləti iki qardaş ölkə arasında nifaq yaratmağa çalışan bu ünsürlərə qarşı təxirəsalınmaz tədbirlər görməlidir. Unutmayaq ki, vaxtilə Türkiyə prezidentinin xahişi ilə Azərbaycanda anti-Ərdoğançı şəbəkə və FETÖ-çu qruplaşmalara aid olan insanlar zərərsizləşdirilmiş və onların bir çoxu Türkiyə tərəfinə təhvil verilmişdi. Ölkəmiz əleyhinə Türkiyədə fəaliyyət göstərən şəxslər də eyni qaydada Azərbaycana təhvil verilməlidir. Türkiyə Böyük Millət Məclisinə sığınaraq, ölkələrimizin və xalqlarımızın birliyinə xələl gətirən, təhqir səsləndirməkdən çəkinməyən şəxsin "toxunulmazlığı" ləğv edilməli və ona münasibətdə həbs tədbirləri görülməlidir. İctimai rəyi Azərbaycan əleyhinə yönləndirən media qruplarının dağıdıcı fəaliyyətinin qarşısı alınmalıdır. Bu kimi tədbirlər yalnız Azərbaycan-Türkiyə birliyinə zərər yetirməyə çalışanların planlarını pozmayacaq. Daha vacib olan məqam budur ki, bunlar həm də Türkiyədə Azərbaycan əleyhinə aparılan kampaniyanın məqsədyönlü şəkildə vahid bir mərkəzdən idarə olunduğu haqda fikirlərin üstündən xətt çəkəcək, bu kampaniyanın sadəcə müxtəlif qruplaşmaların fəaliyyətinin nəticəsi olduğunu nümayiş etdirəcək", - deputat vurğulayıb. 

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin üzvü Ömer Faruk Gergerlioğlu adlı şəxs də bu günlərdə ölkəmiz və Prezident İlham Əliyev haqda absurd, reallığı təhrif edən fikirlər səsləndirib. 



Seçilən
29
4
news365.az

5Mənbələr