Televiziya ekranlarının unudulmaz seriallarından olan "Sihirli Annem" yeni filmi ilə yenidən tamaşaçılarla görüşməyə hazırlaşır.
Ölkə.az xəbər verir ki, “Sihirli Annem: Periler Okulu” adlı layihədə serialın sevilən aktyorları – İnci Türkay, Nevra Serezli, Şahap Sayılgan və Gül Onat yenidən ekranlara qayıdacaq.
22 il əvvəl televiziya ekranlarında yayımlanan Sihirli Annem serialı daha sonra kinoya uyğunlaşdırılaraq kassada böyük uğur qazanmışdı. İndi isə filmin yeni seriyası üçün hazırlıq işləri davam edir.
“Sihirli Annem: Periler Okulu” filmində yeni personajlar da yer alacaq. Layihədə yenə İnci Türkay, Nevra Serezli, Şahap Sayılgan və Gül Onat rol alacaq.
Filmdə hadisələr Dudunun direktor, Betüşün isə müəllim kimi çalışdığı Perilər Məktəbində baş verəcək. Sehrli dünyanın qapılarını açan bu hekayə tamaşaçıları eyni zamanda sürpriz yeni personajlarla da tanış edəcək.
Qeyd edək ki, seriyanın əvvəlki filmi – "Sihirli Annem: Hepimiz Biriz" kassada böyük uğur qazanaraq təxminən 850 min tamaşaçı toplamış və may ayında ən çox izlənilən filmlərdən biri olmuşdu.
Həmidə İbrahimova