AZ

Ay menyüsündə nə var? Humus!

Noxud zülal və digər vacib qida maddələri ilə zəngindir, bu da onları kosmik məhsul istehsalı üçün faydalı edir. Yerli qida mənbəyi Ay bazalarında çalışan insanların təminatı üçün vacib hesab olunur, çünki Yerdən bütün lazımi qidaları daşımaq sərfəli deyil. Ayda və ya Marsda koloniya yaratmaq üçün qida yetişdirməyi öyrənməliyik.

Təcrübələr göstərib ki, 100% Ay torpağında əkilmiş toxumlar çiçək və toxum vermədən erkən ölüb. Amma Ay torpağının (reqolit) miqdarı 75%-ə endiriləndə məhsul yığmaq mümkün olub. Ay torpağı milyardlarla il ərzində meteorit zərbələri nəticəsində əmələ gələn əzilmiş qaya və tozdan ibarətdir. O, bitkilərin böyüməsi üçün vacib qida maddələri və mineralları ehtiva etsə də, Yer torpağından fərqli olaraq, qeyri-üzvi və yaşayış üçün yararsızdır. Ay torpağına kompost və ya digər üzvi maddələr əlavə olunanda bitkilər böyüyə bilir.

Qalır Ayda pivə çəkməyi öyrənmək.

Samir Quliyev
AzVision.az
Seçilən
79
1
azvision.az

2Mənbələr