Ermənistan baş naziri bildirib ki, Moskva dəmir yolu müqaviləsi ilə bağlı danışıqlar gedir
Baş nazir Nikol Paşinyan bildirib ki, İrəvan və Moskva arasında Rusiyanın Ermənistana dəmir yolu konsessiyası satması ilə bağlı anlaşma mövcuddur. Musavat.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. “Rusiyalı həmkarlarımızla işçi səviyyəsində müzakirələr aparılır. Bu məsələ ilə bağlı müəyyən bir anlaşma görürük və buna görə minnətdarıq”, - deyə, Paşinyan bildirib.
Ermənistanın dəmir yolu sistemi uzun illərdir ki, Rusiyanın nəzarətindədir.Müqavilə 2008-ci ilin fevralında Ermənistan hökuməti ilə Rusiyanın dövlət şirkəti olan Russian Railways arasında imzalanıb. Razılaşmaya əsasən, Ermənistanın bütün dəmir yolu infrastrukturu Rusiyanın törəmə şirkəti olan South Caucasus Railway tərəfindən 30 il müddətinə idarə olunmağa verilib.Bu şirkət Ermənistan dəmir yollarının operatoru kimi fəaliyyət göstərir və ölkə daxilində bütün qatar daşımalarını, infrastrukturun saxlanmasını və modernləşdirilməsini həyata keçirir.

Rusiya ötən ay Paşinyanın Ermənistanın dəmir yollarının idarəçiliyinin başqa ölkəyə verilməsi ilə bağlı səslənən bəyanatını “qəribə” adlandırmışdı.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva regionda bütün kommunikasiyaların açılmasının tərəfdarıdır. Onun sözlərinə görə, Ermənistan dəmir yolu artıq 20 ildən çoxdur ki, Cənubi-Qafqaz Dəmir yolu (South Caucasus Railway) tərəfindən idarə olunur və müqavilənin şərtlərini sabit şəkildə yerinə yetirir. Zaxarova vurğulamışd ki, Rusiya tərəfi infrastrukturun və hərəkət tərkibinin yenilənməsinə əhəmiyyətli vəsait yatırıb və bu investisiyalar hələ də tam geri qayıtmayıb. Nazirliyin nümayəndəsi əlavə edib ki, rus operatorları Ermənistanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, bu üstünlüklərin formalaşmasına töhfə verir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Ermənistanın regional nəqliyyat layihələrinin həyata keçirilməsində problemlərin qarşısını almaq üçün Rusiyaya dəmir yolunun idarəsini üçüncü bir ölkəyə güzəşt etmək təklifin təklifini pisləmişdi. Şoyqu Ermənistan hakimiyyətinin istəyini "pis düşünülmüş" bir qərar adlandırmış və belə bir addım atılacağı təqdirdə, mövcud sistemin bir gecədə çökə biləcəyini bildirmişd. O səbəbdən Paşininyanın inbdiki optimist növqeyi suallar doğurur.
Aydındır ki, bu müqavilə Ermənistanın strateji infrastrukturlarından biri üzərində Rusiyanın uzunmüddətli iqtisadi və siyasi təsirini təmin edən əsas mexanizmlərdən biridir. Hazırda isə regiondakı yeni nəqliyyat layihələri və Ermənistanın geosiyasi kursundakı dəyişikliklər səbəbilə bu müqavilənin gələcəyi yenidən müzakirə olunur. Ümumilikdə, Paşinyanın açıqlaması Ermənistanın dəmir yolu sektorunda dəyişikliklərin mümkün olduğunu göstərsə də, bu prosesin qısa müddətdə radikal nəticələr doğuracağı gözlənilmir. Daha çox ehtimal olunan ssenari mövcud konsessiya modelinin yenilənməsi və tərəflərin qarşılıqlı maraqlarına uyğun yeni razılaşmanın əldə olunmasıdır.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta