AZ

Volkan Dəmirəl Super Liqa klubunun baş məşqçisi oldu - RƏSMİ

Türkiyəli mütəxəssis Volkan Dəmirəlin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, millinin sabiq qapıçısı yenidən Super Liqa təmsilçisi “Gənclərbirliyi”nin "sükanı arxası"na keçib.

O, Ankara klubu ilə 1,5 illik müqavilə imzalayıb. Dəmirəl ötən gün istefası açıqlanan Levent Şahinin yerini tutub.

Volkan ötən ilin oktyabrında “Gənclərbirliyi”nin baş məşqçisi təyin edilib və 2 ay sonra istefa verib.

Şahin də təyinatından cəmi 18 gün sonra istefaya göndərilib.

Seçilən
1
fanat.az

1Mənbələr