AZ

2,66 milyardlıq klubun səhmləri satılır

“Karolina Harrikeyns” klubunun sahibi Tom Dandon komandadakı səhmlərinin bir hissəsini satıb.

Publika.az xəbər verir ki, Sportico nəşrinin məlumatına görə, o, “Harrikeyns”dəki payının 12,5 faizindən imtina edəcək. Satılan payın dəyəri klubun 2,66 milyard dollarlıq qiymətləndirilməsi əsasında hesablanacaq.

12,5 faizlik payın satılması komandanın idarəetməsinə üç yeni minoritar sahibin cəlb olunmasına imkan verəcək. Jurnalistlərin fikrincə, Dandonun “Karolina”nın bir hissəsini satmaq istəyi onun “Portland Treyl Bleyzers” klubunu almaq prosesi ilə bağlı ola bilər.

Hazırda Milli Hokkey Liqası (NHL) komandalarının orta qiyməti təxminən 2,1 milyard dollar təşkil edir. Mediaya görə, sövdələşmədən əvvəl “Harrikeyns”in dəyəri 1,9 milyard dollar səviyyəsində qiymətləndirilirdi.

Seçilən
32
publika.az

1Mənbələr