AZ

AYB-yə 15 manat qıymayanlar: Borcluların siyahısı niyə dərc edilmir?

Azərbaycan Yazıçılar Birliyi (AYB) yazıçılara verdiyi möhlət müddəti başa çatsa da, hələ də ödəniş etməyənlərin çoxu təşkilatdan xaric olunmayıb.

2020-ci ildən bəri üzvlük haqqı ödəməyənlərin təşkilat sıralarından xaric olunacağı barədə xəbərdarlıq elanından xeyli zaman ötüb. Yaradıcı adamlar fevralın 1-nə qədər üzvlk borclarını bağlamalı idi.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Yeni Sabah”a bildirib ki, proseslə bağlı müəyyən irəliləyişlər var:

“Ödənişlərin yığılması mərhələsi hələlik davam edir. Müəyyən irəliləyişlər var deyə, son müddəti artırmışıq. Güman ki, növbəti iclaslarda məsələyə yenidən baxılacaq.

Borclu siyahısının dövrü mətbuatda dərc olunması məsələsi isə gündəmdə deyil. Yəqin ki, davamı olmayacaq”.

Qeyd edək ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib etmişdi. Ödəniş etməyənlərin bir hissəsi üzvlükdən çıxarılmışdı.

Quruma üzvlük haqqı illik 15 manatdır. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
114
1
yenisabah.az

2Mənbələr