AZ

İran Ordusu BƏƏ və Küveytdə ABŞ obyektlərinə hücum etdiyini açıqlayıb

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran Hərbi Dəniz Qüvvələri pilotsuz uçuş aparatları vasitəsilə BƏƏ və Küveytdə yerləşən ABŞ obyektlərinə kütləvi hücum həyata keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhərdən indiyə qədər Hərbi Dəniz Qüvvələri ABŞ qüvvələrinin yerləşdiyi ərazilərə, Əl-Minhad bazasına (Əbu-Dabi), Əl-Adiri düşərgəsinə (Küveyt) və sionist rejimin işğal olunmuş ərazilərində yerləşən Strateji Sdot-Mixa radar stansiyalarına pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirib,” – deyə "Nour News" agentliyi ordunun açıqlamasına istinadən xəbər verib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
151
bizimyol.info

1Mənbələr