AZ

SEPAH xəbərdarlıq edib: Hörmüz boğazında ABŞ qüvvələrini gözləyirik

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ qüvvələrinin Hörmüz boğazından tankerləri keçirməsini gözləyirik.

APA “Fars” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini çıxış edib.

Bu xəbərdarlıq ABŞ-ın Enerji Departamentinin katibinin donanmanın boğazdan gəmiləri “mümkün olan ən qısa müddətdə” müşayiət etməyə hazırlaşdığını açıqlamasından sonra edilib.

“Onların gəlməsini gözləyirik”, – Naini deyib.

Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət daşıyır və bölgədə davam edən müharibə səbəbindən gəmilərin burada hərəkəti demək olar tam dayanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
5
apa.az

6Mənbələr