Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti sınağına çıxır.
Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 3-cü qrupu çərçivəsində səfərdə Macarıstanın qonağı olacaq.
Felksut şəhərindəki "Pancho Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Oyunu Portuqaliyadan olan hakim Filipa Pereyra Kunya idarə edəcək.
Qeyd edək ki, yığmamız seçmə mərhələyə uğurlu start verərək ilk oyunda Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub edib.