AZ

Ermənilərin qorxduğu ölkələr: Görün ilk "üçlük"də hansılardır

Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Ermənistanda keçirdiyi sorğunun nəticələrinə əsasən, ermənilərin ən yaxın tərəfdaş və ən böyük təhlükə kimi gördüyü ölkələrin adları bəlli olub. 

Bizim.Media xəbər verir ki, sorğunun nəticələrini Ermənistan Parlamentinin spikeri Alen Simonyan "Facebook" səhifəsində paylaşıb.
 

Sorğuda "Parlament seçkiləri keçirilsəydi, hansı siyasi partiyaya və ya bloka səs verərdiniz" sualından sonra, "Ermənistanın ən vacib siyasi tərəfdaşları hansı ölkələrdir" sualı da qoyulub.


Respondentlərin bu suala cavabları belə olub:

Rusiya - 43%

ABŞ - 42%

İran - 34%

Avropa İttifaqı - 29%

Fransa - 29%

Çin - 21%

Gürcüstan - 18%

Hindistan - 4%.

"Ermənistan üçün ən böyük təhlükə yaradan ölkələr hansılardır" sualına cavab olaraq isə ən çox aşağıdakı ölkələrin adları çəkilib:

Azərbaycan - 80%

Türkiyə - 69%

Rusiya - 29%

ABŞ - 10%

Gürcüstan - 6%

İsrail - 4%

Avropa İttifaqı - 3%

İran - 3%.


Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr