AZ

Azərbaycan neftinin qiyməti «FONTAN VURDU» - 100 DOLLARA YAXINLAŞIR

İrandakı müharibə, onun nəticəsində bölgədə və dünyanın enerji bazarında baş verən dəyişikliklər Azərbaycan neftinin qiymətini kəskin artırıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünən birjalarda keçirilən hərraclarda Azərbaycanın «Azeri light» markalı nefti daha 7 dollar bahalaşaraq 94 dolları keçib.

Belə ki, ötən gün neft 6,72 dollar bahalaşaraq 94,62 dollara yüksəlib.

Xatırladaq kİ, bir gün əvvəl neftin qiyməti 87,90 dollar idi.

Ümumilikdə isə İran ətrafındakı gərginlik başlayandan indiyədək, yəni fevralın 18-dən sonra neftin qiyməti 26 dollar bahalaşaraq 68 dollardan 94 dollara çatıb.

Bu – təxminən 40% bahalaşma deməkdir.

Xatırladaq ki, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində neftin qiyməti 65 dollardan götürülüb. Bu o deməkdir ki, hazırda real qiymətlər büdcədəki həddi 30 dollar üstələyir.

Seçilən
99
fed.az

1Mənbələr