AZ

“Azeri Light” nefti kəskin bahalaşdı Qiymət 94 dolları keçdi

ain.az, Milli.az portalına istinadən məlumat verir.

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,72 ABŞ dolları və ya 7,64 faiz artaraq bir barel üçün 94,62 ABŞ dolları təşkil edib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 6,81 dollar və ya 8,14 faiz bahlaşaraq 90,50 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,6 dollar və ya 12,71 faiz artaraq bir barel üçün 58,54 dollara çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,49 dollar və ya 7,4 faiz artaraq bir barel üçün 94,20 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
28
news.milli.az

10Mənbələr