AZ

Prezident İlham Əliyev göstərdiyi dəstəyə və həmrəyliyə görə Slovakiya Prezidentinə təşəkkür edib

BAKI,TurkicWorld

Azərbaycan Respbulikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana etdiyi PUA hücumundan sonra Azərbaycana göstərdiyi dəstəyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə təşəkkür edib.

TurkicWorld xəbər verir ki, bununla bağlı paylaşım dövlət başçısının "X" sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

Paylaşımda deyilir:

"İran tərəfindən Naxçıvanda mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş son hücumlardan sonra nümayiş etdirdiyi prinsipial mövqeyə və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə səmimi təşəkkürümü bildirirəm.

Slovakiyanın diplomatik əməkdaşlarının Tehrandan təxliyəsi zamanı Azərbaycanın operativ dəstəyi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin və strateji xarakterinin əyani təzahürüdür, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin təsdiqidir."

Seçilən
27
2
turkic.world

4Mənbələr