Bakı. Trend:
Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünyaçempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununaçıxacaq.
Trend xəbərverir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdəMacarıstanla qarşılaşacaq. C Liqasının 3-cü qrupunun matçıFelksutdakı “Panço Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat17:30-da başlayacaq. Görüşü Portuqaliyadan olan hakimlər briqadasıidarə edəcək.
Bu qrupun digər oyununda isə Andorra Şimali Makedoniyanın qonağıolacaq (Bakı vaxtı ilə saat 18:00).
Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya2:0 hesabı ilə qalib gəlib.
7 mart
17:30. Macarıstan - Azərbaycan
Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, KristianaMoreyra Kosta, Sara Alves (Hakimlər briqadasıPortuqaliyadandır)
“Panço Arena”
18:00. Şimali Makedoniya - Andorra