AZ

ABŞ Rusiyanın İrana məlumat ötürməsindən narahat deyil - Heqset

ABŞ Rusiyanın İranla kəşfiyyat məlumatı paylaşması ilə bağlı məlumatlardan narahat deyil.

Musavat.com xəbər verir ki, bunu CBS News-a verdiyi müsahibədə ölkənin müdafiə naziri Pit Heqset deyib. Ondan "The Washington Post" qəzetində dərc olunmuş əlaqəli xəbər və bunun ABŞ ordusunu daha da təhlükə altına ala biləcəyi barədə şərh verməsi istənilib:

"Heç kim bizi təhlükəyə atmır. Biz başqalarını təhlükəyə atırıq: bu bizim işimizdir. Bu səbəbdən biz bu barədə narahat deyilik. Lazım gələrsə, riskləri minimuma endiririk. Komandirlərimiz bütün bunları nəzərə alırlar. Lakin hazırda narahat olmalı olan yeganə şəxslər sağ qalacaqlarını düşünən iranlılardır".

Musavat.com

 

Seçilən
107
musavat.com

1Mənbələr