AZ

ABŞ Fars körfəzində gəmilərin sığortalanması üçün xüsusi proqram həyata keçirəcək

Bakı. Trend:

ABŞ Fars körfəzində gəmilərin sığortalanması üçün xüsusi proqramhəyata keçirəcək.

Trend xəbər verir ki, ABŞ-ninBeynəlxalq İnkişaf Maliyyə Korporasiyası və Maliyyə Nazirliyiİranla gərginlik fonunda Hörmüz boğazı vasitəsilə dənizdaşımalarını sabitləşdirmək məqsədilə bölgədə fəaliyyət göstərəngəmilər üçün 20 milyard dollara qədər sığorta təminatı olantəkrarsığorta proqramı başlatmağı planlaşdırır.

Korporasiyanın açıqlamasında qeyd olunub ki, Beynəlxalq İnkişafMaliyyə Korporasiyasının təkrarsığorta mexanizmi ümumilikdətəxminən 20 milyard dollar həcmində mümkün zərərlərinsığortalanmasını təmin edəcək.

Bildirilib ki, proqram İranla münaqişə fonunda Hörmüz boğazıüzərindən neft, mayeləşdirilmiş təbii qaz, gübrə və digərməhsulların daşınmasının normallaşdırılmasına yönəlib. Bu barədəkorporasiyanın baş direktoru Ben Blek məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq İnkişaf Maliyyə KorporasiyasıABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə əməkdaşlıqçərçivəsində həyata keçirilən bu təşəbbüslə digər proqramlarlamüqayisədə daha geniş və etibarlı təhlükəsizlik təminatı təqdimedəcək.

“İnanırıq ki, hazırladığımız təkrarsığorta mexanizmi neft,benzin, mayeləşdirilmiş təbii qaz, reaktiv yanacaq və gübrəninHörmüz boğazı vasitəsilə yenidən dünya bazarlarına çatdırılmasınaşərait yaradacaq”, – deyə o vurğulayıb.

Seçilən
119
az.trend.az

1Mənbələr