AZ

İrana qarşı quru əməliyyatları başlayır? Gözlənilməz SƏBƏB

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Müharibələrlə bağlı ən çox müzakirə olunan məsələlərdən biri hərbi resursların davamlılığı və əməliyyatlara ayrılan maliyyə vəsaitinin həcmi ilə bağlıdır.

Hazırda münaqişə tərəfləri – İran, ABŞ və İsrail bu prosesə nə qədər vəsait sərf edir? Bu ölkələrin silah ehtiyatları və hərbi büdcələri mümkün müharibənin hansı müddət davam etməsinə hesablanıb?

Globalinfo.az-a danışan hərbi ekspert Elmar Hüseyn bildirib ki, müharibənin ilk günündə ABŞ tərəfindən təxminən 3,8 milyard dollar dəyərində raket və digər hərbi resurslardan istifadə edildiyi qeyd olunur:

“Gündəlik müharibə xərclərinin təxminən 1,5 milyard dollar olduğu ehtimal edilir. Hər iki tərəf təxminən eyni həcmdə vəsait sərf edir. Düşünürəm ki, bu temp davam edərsə, silah və sursat ehtiyatlarının tükənməsi prosesi başlaya bilər. Bu isə tərəflərin maraqlarına uyğun deyil. Zaman keçdikcə hər iki tərəfdə ehtiyatların azalması və atış intensivliyinin zəifləməsi müşahidə oluna bilər. Ehtimal edirəm ki, sonrakı mərhələdə proses quru əməliyyatlarına keçə bilər”.

Ekspertin sözlərinə görə, İran hazırda Çin və Koreya ilə hərbi əməkdaşlıq edir:

“İranın hərbi texnika və sursat daşınmasına çəkdiyi xərclərin böyük hissəsi neft ticarəti hesabına ödənilir. Yəni Çin və Koreya ilə əməkdaşlıq əsasən neft tədarükü vasitəsilə tənzimlənir. Bu baxımdan İran uzunmüddətli müharibəyə hazırlaşır. Lakin tərəflər nə qədər hazırlıqlı olsalar da, resursların bu templə sərf edilməsi müəyyən müddətdən sonra çatışmazlıqlara səbəb ola bilər. Hələlik tərəflərin dayanıqlığını müşahidə edirik. Düşünürəm ki, növbəti 10 gün ərzində silah və sursat ehtiyatları ilə bağlı vəziyyət daha aydın görünəcək”.

E.Hüseyn qeyd edib ki, iki gün əvvəl ABŞ prezidenti ölkədə silah və sursat istehsalı ilə məşğul olan dövlət və özəl şirkətlərin rəhbərləri ilə görüş keçirib:

“Görüş zamanı onlara müəyyən tapşırıqlar verildiyi bildirilir. Ehtimal olunur ki, bu tapşırıqların əsas məqsədi istifadə olunan silah və sursat ehtiyatlarının sürətlə bərpa edilməsi və istehsalın artırılması ilə bağlıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
142
globalinfo.az

1Mənbələr