AZ

Slovakiya prezidenti Peter Pelleqrin prezident İlham Əliyevə məktub ünvanlayıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrin prezident İlham Əliyevə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm.

Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin daha da gərginləşməsi riskini təhlükəli şəkildə artırır.

Slovakiya Respublikası gərginliyin azaldılmasına və məsələnin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir.

Eyni zamanda, icazə verin, Tehrandan təxliyə olunmuş diplomatlarımıza göstərdiyiniz yardıma və qonaqpərvərliyə görə hakimiyyət orqanlarınıza səmimi təşəkkürümü bildirim. Bu çətin vəziyyətdə hakimiyyət orqanlarınızın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
17
apa.az

10Mənbələr