Böyük Britaniyanın Baş naziri Kir Starmer və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ və İsrailin İrana hücumlarından sonra iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Baş nazirin ofisinin yayımladığı kommünikedə bildirilib.
"Liderlər müdafiə səylərini və mülki şəxslərin qorunmasını dəstəkləmək üçün kəşfiyyat əməkdaşlığının gücləndirilməsini müzakirə ediblər. Vəliəhd şahzadə həmçinin Ər-Riyadın qlobal neft tədarükünü artırmaq və bazar sabitliyini qorumaq üçün atdığı addımları da açıqlayıb", - məlumatda deyilir.