AZ

İnsan bir dəfə belə yeri gördükdən sonra necə yenidən ora qayıda bilər?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Rəqsanə İsmayılova həbs günlərini xatırlayaraq göz yaşlarını saxlaya bilməyib. Müğənni keçirdiyi ağır günlərin təsirindən hələ də çıxa bilmədiyini etiraf edib.Demokrat.az xəbər verir ki, ifaçı o vaxt yaşadıqlarının onun üçün çox ağır olduğunu və həmin anları unutmağın mümkün olmadığını bildirib."Bu gün də o çətinliklərin təsirindən tam qurtula bilməmişəm. Hələ də sanki o hisslərin içində çabalayıram. Hər gecə uşaqlarıma baxanda ağlayıram və qorxuram", - deyə sənətçi qeyd edib.Rəqsanə İsmayılova həbsxanada uzun illər qalan və övladlarını görə bilməyən insanların da olduğunu vurğulayıb. Müğənninin sözlərinə görə bəzi məhbusların yanına hətta ziyarətə gələn belə tapılmır."Orada elə insanlar var ki, bir neçə dəfə həbsxanaya düşürlər. Öz-özümə deyirdim ki, insan bir dəfə belə yeri gördükdən sonra necə yenidən ora qayıda bilər? Mən əslində saxlanma məntəqəsində olmuşam, amma orada da məhbus həyatı yaşanır".Sənətçinin bu səmimi etirafları sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İnsanlar müğənninin açıqlamasına fərqli şərhlər yazaraq mövzu ilə bağlı fikirlərini bölüşüblər.(milli.az)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
123
demokrat.az

1Mənbələr