AZ

Mauntun “Mançester Yunayted”dəki gələcəyi ilə bağlı mövqeyi açıqlanıb

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt bu yay klubdan ayrılmaq niyyətində deyil.

İdman.Biz bu barədə Football Insider-ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi hələ də “qırmızı şeytanlar”da sübut etməli olduğu çox şeyin olduğunu düşünür. Maunt hazırda formada qalmağa və mövsümün qalan oyunlarında heyətə daxil olmağa diqqət yetirir.

Maunt bu mövsüm bütün turnirlərdə 19 oyunda meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 32 milyon avrodur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
icma.az

2Mənbələr