AZ

TASNİM kimlərin sifarişini yerinə yetirdi? Naxçıvana hücuma saxta don geyindirənlərin ifşası VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Martın 5-də İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı İranın Azərbaycan istiqamətində hər hansı partlayıcı vasitə buraxdığı barədə iddiaları təkzib edib və bu insidentlə bağlı araşdırmaya başlandığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.

"TASNİM" kimlərin sifarişini yerinə yetirdi? - Naxçıvana hücuma saxta don geyindirənlərin ifşası - VİDEO

Lakin eyni vaxtda İranın "Tasnim" agentliyi Naxçıvana hücum edən pilotsuz uçuş aparatlarının guya Azərbaycan mənşəli olduğu barədə məlumat yayıb. Məlum olduğu kimi, Naxçıvanda beynəlxalq hava limanı və məktəbə endirilən zərbəni Azərbaycan Prezidenti terror aktı adlandırıb.

Hücumdan sonra müvafiq qurumların əməkdaşları hadisə yerində dağıntı və qalıqlar üzərində araşdırma aparıb, zərbənin nəticələrini əks etdirən videogörüntülər yayımlayıblar.

Məhz həmin kadrlara əsaslanaraq "Tasnim" öz arqumentlərini qurmağa çalışır və absurd, konspiroloji nəticə irəli sürür: guya dronlar Azərbaycan istehsalı olub. Belə bir yanaşma oxucuda sanki Azərbaycanın öz ərazisini özü vurduğu və daha sonra bu hücumda İranı ittiham etdiyi kimi əsassız fikir formalaşdırmağa yönəlib.

Doğrudanmı müəlliflər ciddi şəkildə düşünürlər ki, ölkəmiz istəsəydi, İran istehsalı olan bir dronu əldə edib bu absurd ssenarini daha "inandırıcı" şəkildə qurmazdı?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
oxu.az

2Mənbələr