AZ

Göyçayda 31 yaşlı kişi yoxa çıxdı: Paltarları kanalın kənarında tapıldı VİDEO

ain.az, Oxu.az saytına istinadən bildirir.

Göyçay rayonunun Potu kəndində bədbəxt hadisə baş verib. 31 yaşlı Ramil Abdullayev martın 3-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun üst geyimi Yuxarı Şirvan kanalının kənarında aşkar edilib.

Oxu.Az xəbər verir ki, itkin düşən şəxsin dayısı Əfqan Rəhimov Baku TV-yə hadisə ilə bağlı bunları deyib:

Göyçayda 31 yaşlı kişi yoxa çıxdı: Paltarları kanalın kənarında tapıldı - VİDEO

"Telefonunu evdə qoyub gedib. Təxminən yarım saatdan sonra ona zəng ediblər və görüblər ki, telefon evdə çalır. Telefonun yanında pasportu, şəxsiyyət vəsiqəsi və pensiya kartı da qalıb. Özü isə gedib və geri qayıtmayıb.

Martın 4-də polisə məlumat verilib. Araşdırma zamanı martın 5-də atası Şirvan kanalının kənarında onun kurtkasını tapıb. Dalğıclar isə təxminən 50-60 metr irəlidə köynəyini aşkar ediblər".

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

06 mart, 12:16

Göyçayda 31 yaşlı kişi itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Ramil Abdullayev martın 3-də evdən çıxaraq geri qayıtmayıb.

Göyçayda 31 yaşlı kişi yoxa çıxdı: Paltarları kanalın kənarında tapıldı - VİDEO

Axtarışlar zamanı itkin düşən şəxsə məxsus bəzi üst geyimləri rayon ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarında aşkar edilib. Bu səbəbdən onun kanala düşməsi və ya yıxılması ehtimalı nəzərə alınaraq əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
107
oxu.az

1Mənbələr