AZ

Ağ Ev vaxt açıqladı: İranla savaş bu tarixdə bitəcək

Ağ Evin sözçüsü Karolin Livitt ABŞ-ın İran hava məkanını nəzarət altına almağa yaxın olduğunu bildirərək savaşın 4-6 həftə ərzində Tehranın tam məğlubiyyəti ilə bitəcəyini söyləyib.

Ağ Evin həyətində jurnalistlərə İrandakı vəziyyətlə bağlı danışan sözçü vurğulayıb ki, aparılam əməliyyatlar ABŞ üçün uğurlu olub.

İranın bütün hava məkanına nəzarət etməyə çox yaxın olduqlarını iddia edən Leavitt Amerika ictimai rəyində İranla müharibənin nə qədər davam edəcəyi ilə bağlı artan müzakirələrə də toxunub:

"Sizə deyə biləcəyim odur ki, Prezident Donald Trampın öncədən dediyi kimi, təxminən 4-6 həftə davam edəcəyini gözlədiyimiz əməliyyatın məqsədlərinə doğru yaxşı irəliləyirik."

Leavitt bəyan edib edib ki, İsraillə birgə həyata keçirilən hücumlarda İranın donanmasını, eləcə də çoxsaylı raket qurğularını əsasən məhv ediblər.

Leavitt 30-dan çox İran hərbi gəmisini batırdıqlarını bildirib və əlavə edib: "İranın ballistik raket əks-hücumlarının nisbəti hazırda 90 faiz azalıb " .

Seçilən
75
aznews.az

1Mənbələr