AZ

Ukrayna XİN Macarıstanın diplomatik nümayəndəsini çağırıb

BAKI, 7 mart. TELEQRAF

Ukrayna Xarici İşlər Nazirliyi Budapeştdə ukraynalı inkassatorların saxlanılması ilə bağlı Macarıstanın Kiyevdəki diplomatik nümayəndəsini izahat vermək üçün nazirliyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Məlumata görə, Macarıstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili inkassatorların saxlanmasının səbəbləri və hüquqi əsasları barədə izahat vermək üçün XİN-ə dəvət olunub.

“Ukraynanın Oşadbank əməkdaşlarının saxlanılması ilə bağlı vəziyyət və hüquqi əsaslar barədə izahat təqdim edilməsi üçün Macarıstan səfirliyinin müvəqqəti işlər vəkili növbəti dəfə XİN-ə çağırılıb”, - məlumatda qeyd olunub.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sibiha Budapeştdə Oşadbankın yeddi əməkdaşının saxlanıldığını bildirmişdi.

Macarıstan hökuməti isə həmin şəxslərdən müsadirə edildiyi iddia olunan nağd pul və qızıl külçələrinin görüntülərini yayımlayıb.

Bəzi media orqanlarının məlumatına görə, Ukrayna illərdir Avstriyadan valyuta və qızılı Macarıstan üzərindən ölkəyə daşıyır.

Seçilən
96
teleqraf.com

1Mənbələr