AZ

Argentina millisinin üzvü əməliyyat olundu

Bakı. Trend:

"Roma" və Argentina milli komandasının yarımmüdafiəçisi PauloDibala əməliyyat olunub.

Trend xəbər verir ki, o, 25yanvardan etibarən dizində iltihab səbəbindən oynaya bilmirdi."Calciomercato"nun yazdığına görə, bir aydan artıq konservativmüalicə heç bir nəticə verməyib.

Dibala dünən “Roma”nın qrup məşqində iştirak edib, amma təxminənon dəqiqə sonra sol dizində yenidən ağrı hiss edib.

Bu gün futbolçu əməliyyat olunub. Müayinə zamanı xarici meniskinyırtığı aşkarlanıb və əməliyyat olunub. Dibala ən azı 45 günoyunlardan kənarda qalacaq. Bu səbəbdən mövsüm onun üçün demək olarki, başa çatıb. Futbolçu indi reabilitasiya proqramınabaşlayacaq.

Seçilən
65
4
az.trend.az

5Mənbələr