AZ

İranın BMT-dəki nümayəndəsi: Ölkədə 20-dən çox məktəb zərər görüb

BAKI, 7 mart. TELEQRAF

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 20-dən çox məktəbə ziyan dəyib, 13 tibb müəssisəsi isə hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində ölkədə 20-dən çox məktəb zərər görüb, həmçinin 13 tibb müəssisəsi hədəfə alınıb.

İravani qeyd edib ki, zərbələr zamanı xəstəxanalar, təcili tibbi yardım mərkəzləri və Qırmızı Aypara təşkilatına məxsus obyektlər dəfələrlə hədəfə çevrilib.

Seçilən
72
teleqraf.com

1Mənbələr