AZ

Pezeşkian Azərbaycana zərbə endirilməsi barədə xəbərləri şayiə adlandırdı

Pezeşkian Azərbaycana zərbə endirilməsi barədə xəbərləri şayiə adlandırdı

İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı İslam Respublikasının Azərbaycana zərbə endirməsi barədə məlumatları "şayiə" adlandırıb.

AFN.az xəbər verir ki, bu barədə Pezeşkianın dəftərxanası məlumat yayıb.

"İran öz qonşularına hücum etməyi planlaşdırmayıb və planlaşdırmır. Biz yalnız öz ərazi bütövlüyümüzü qorumağa çalışırıq", – deyə İran hökumət başçısı bildirib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına və Şəkərabad kəndindəki məktəb binasına İran ərazisindən PUA zərbələri endirilib. Azərbaycan tərəfi hadisəni terror aktı kimi qiymətləndirib, İranın ölkədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Seçilən
58
1
afn.az

2Mənbələr