AZ

“Real Madrid” çətinliklə “Selta Viqo”nu məğlub edib - VİDEO

İspaniya La Liqasının 27-ci turunun “Selta Viqo” və “Real Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç Viqodakı “Abanca Balaídos” stadionunda oynanılıb və 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni 11-ci dəqiqədə hesabı açıb. “Selta Viqo”nun hücumçusu Borxa İqlesias 25-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “Real Madrid”in qələbə qolunu vurub.

La Liqanın 27 oyunundan sonra “Los Blancos” 63 xalla ikinci, “Selta Viqo” isə 40 xalla altıncı yerdədir.

İdman.Biz
Seçilən
69
4
idman.biz

10Mənbələr