AZ

“Agenda Nexus” platformasında Azərbaycanın təhlükəsizlik və hərbi potensialı təhlil edilib

İsveçin “Agenda Nexus” analitik platformasında bölgədə artan gərginlik fonunda Azərbaycanın təhlükəsizlik məsələlərinə həsr olunmuş məqalə dərc edilib.

“İki sahil” xəbər verir ki, məqalədə İranın martın 5-də Naxçıvana etdiyi dron hücumlarının mülki infrastrukturu hədəf aldığı qeyd olunur.

Müəlliflər yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev hücumları pisləyərək onları terrorizm aktı adlandırıb və ölkəsinin öz ərazisinə və ya mülki əhaliyə qarşı hücumlara dözməyəcəyini bildirib. Prezident İlham Əliyevin sözlərinə görə, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Dövlət başçısı ordunun təhdidlərə qətiyyətlə cavab verməyə və ölkənin suverenliyini qorumağa hazır olduğunu vurğulayıb.

Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Azərbaycanın qonşu dövlətlərə qarşı hücum əməliyyatları aparmadığını vurğulayıb.

Müəlliflər həmçinin qeyd edirlər ki, Azərbaycan son on ildə Silahlı Qüvvələrini əhəmiyyətli dərəcədə modernləşdirib. Müasir silah sistemləri, dronlar, xüsusi təyinatlı qüvvələr və qabaqcıl kəşfiyyat imkanları ölkənin təhdidlərə tez reaksiya verməsinə və sərhəd təhlükəsizliyini təmin etməsinə imkan verir.

Seçilən
46
2
ikisahil.az

3Mənbələr