AZ

Balaəlidən başqa meyxanaçılara da efir qadağası qoyulub? - AÇIQLAMA/ÖZƏL

Meyxanaçı Balaəli Maştağalı ilə bağlı efir qadağası iddiası yayıldıqdan sonra sosial mediada digər meyxanaçılarla bağlı müzakirə yaranıb. Sosial media istifadəçiləri digər söz ustalarına da efir qadağası qoyulub-qoyulmadığı barədə şərhlər yazırlar.

Bizim.Media məsələ ilə bağlı bir neçə meyxanaçı ilə əlaqə saxlayıb.

Meyxanaçı Ağamirzə Məmmədov Balaəlinin adının yer aldığı siyahının təsdiqlənmədiyini deyib:

“Deyəsən, siyahı tam təsdiqlənməyib. Bizim dövlətimiz, millətimiz, qanunumuzun verdiyi qərarın heç birinə qarşı deyiləm. Dövlət deyəni, Xalq deyəni mən də deyirəm”.

Meyxanaçı Orxan Lökbatanlının meneceri isə onun səhhəti ilə bağlı müalicəyə davam etdiyini bildirib və ona efir qadağasının olub-olmaması haqda suala cavab verib. O bildirib ki, Orxanla bağlı hər hansı efir qadağası yoxdur.

Qeyd edək ki, manset.az-ın günlər əvvəl təqdim etdiyi siyahıda Balaəli Maştağalının da adı var.

Sara, Bizim.Media

Seçilən
65
2
bizim.media

3Mənbələr