Bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran “Qarabağ” artıq indidən yay transfer bazarlığına hazırlıq görür. Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb.“Köhlən atlar”ın rəhbərliyi Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi Jali Muaddiblə danışıqlara başlayıb.Son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə təklif edib. 2019-cu ildə Fransanın U-19 yığmasına çağırılmış və burada 1 oyuna 1 qol vurmuş yarımmüdafiəçi “Lill”in yetirməsidir.2018-2020-ci illər aralığında bu klubun əvəzedict heyətində çıxış edib. Növbəti 3 ildə isə “Angers B”yə məxsus olub. Bu müddətdə icarə əsasında “Avrançes”in uğurları üçün tər töküb. 2023-cü ildə Rumıniyaya yollanıb, “Botaşani” ilə anlaşıb.İki il burada özünü göstərəndən sonra ötən ilin yayında Kiprə üz tutub. Hazırda da “Omoniya Aradippu”ya aiddir.