AZ

İranın Azərbaycan ərazisinə qarşı etdiyi dron hücumları həm hüquqi, həm də siyasi müstəvidə lazımi qiymətini almalıdır

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvan Beynəlxalq Hava Limanı ətrafında dron hücumu ilə bağlı məlumatlar regional təhlükəsizlik gündəmini kəskin şəkildə dəyişdirib. İlkin xəbərlərə görə, hücumun İran tərəfindən həyata keçirildiyi iddia olunur. Xarici İşlər Nazirliyinin məlumatında deylir ki, 5 mart tarixində, günorta radələrində, İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları həyata keçirilib. Hücum nəticəsində bir dron Hava Limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb, Hava Limanına zərər dəyməsi və iki mülki şəxsin xəsarət alması ilə nəticələnib. “Bu hərəkətlər beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan tərəfi İran İslam Respublikasından məsələyə aydınlıq gətirməsini, izahat verməsini və gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlər görməsini tələb edir. Eyni zamanda, İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb və kəskin etiraz notası təqdim olunacaq, Azərbaycan isə müvafiq cavab tədbirlərini görmək hüququnu özündə saxlayır”-deyə qeyd edilib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran tərəfindən Azərbaycan ərazisinə dron hücumlarının həyata keçirilməsi qəti şəkildə pislənməlidir: “Bu addım həm beynəlxalq hüququn əsas prinsiplərinə, həm də dövlətlər arasında mövcud olan mehriban qonşuluq münasibətlərinə zidd hesab olunur. Azərbaycanın indiyədək İrana qarşı nümayiş etdirdiyi təmkinli və balanslı siyasət fonunda belə bir hərəkət qeyri-adekvatdır. Buna görə də baş verən hadisə həm hüquqi, həm də siyasi müstəvidə lazımi qiymətini almalıdır. Azərbaycan isə bu cür aqressiv addımlara cavab vermək hüququnu özündə saxlayır”.

“Azərbaycan vətəndaşları, ümumiyyətlə hamı bilməlidir ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumağa qadirdir və lazım gələndə bunun üçün hər hansı bir addımı atmaqda tərəddüd göstərməyəcək. “Dəmir yumruğun” kölgəsində Azərbaycanda daima sabitlik və rifah olacaq”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
bizimyol.info

1Mənbələr