AZ

BƏƏ: 9 ballistik raket və 109 PUA-nı məhv etdik

BƏƏ: 9 ballistik raket və 109 PUA-nı məhv etdik

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin 9 ballistik raketi məhv etdiyini və 112 pilotsuz uçuş aparatından (PUA) 109-nun qarşısını aldığını açıqlayıb.

AFN.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyindən verilən yazılı bəyanatda İrandan göndərilən ballistik raketlər və PUA-lar barədə ətraflı məlumat paylaşılıb.

Açıqlamada 9 ballistik raketin aşkar edilərək məhv edildiyi, 112 PUA-dan 109-nun vurulduğu, 3-nün isə ölkə ərazisinə düşdüyü bildirilib. İranın hücumları başlayandan bu yana ümumilikdə 205 ballistik raketin aşkar edildiyi, onlardan 190-nın məhv edildiyi, 13-nün dənizə, 2-nin isə ölkə ərazisinə düşdüyü qeyd edilib.

Ümumilikdə 1184 İran PUA-sının müəyyən edildiyi vurğulanan bəyanatda onlardan 1110-nun qarşısının alındığı, 74-nün isə ölkə ərazisinə düşdüyü qeyd olunub. Bundan əlavə, 8 qanadlı raketin də aşkar edilərək məhv edildiyi məlumatı verilib. Nazirlik ölkənin hava məkanının tam mühafizə olunduğunu bildirib.

Seçilən
132
50
afn.az

10Mənbələr