AZ

Get, başqa yerdə... Millət vəkilindən türkiyəli deputata

Unikal.az saytına istinadən ain.az xəbər verir.

İranın Azərbaycana qarşı dronlarla terror hücumu etməsindən sonra, dünya ölkələri liderləri və siyasətçilər rəsmi Bakıya dəstək mesajı verib. 

Bu hadisələr fonunda qardaş ölkə Türkiyədən bir deputat Ömer Faruk Gergerlioğlu X hesabında paylaşım edib. O, Azərbaycanı İsrail tərəfindən müharibəyə girmək üçün fürsət axtarmaqda ittiham edib. 

"Unikal"ın məlumatına görə, kürd əsilli Xalqların Demokratik Partiyasından (HDP) olan türkiyəli deputata Millət Vəkili Tahir Mirkişilinin cavabı gecikməyib. 

"Biz sənin kimilərdən fərqli olaraq, dövlətimizi, torpaqlarımızı və xalqımızı qoruyuruq. Onun-bunun nökərliyini etmirik. Biz yalnız öz milli maraqlarımıza baxırıq. Sən bunu anlamazsan. Kiməsə nökər, agent olan, hər kəsi özü kimi zənn edər. Get, başqa yerdə...", - deyə deputat qeyd edib. 

Görünür, Millət Vəkilimiz müxalifətçi deputatın absurd ittihamlarına susmaq istəməyib və onun keçmişindən xəbərdardır. 

Belə ki, araşdırmamız nəticəsində Ömer Faruk Gergerlioğlunun bir müddət öncə terrorçuluğu dəstəkləməsi səbəbilə toxunulmazlığının əlindən alındığı məlum olub. O, deputat mandatından məhrum olunaraq həbs edilib. 

O, həbsdən çıxdıqdan sonra, yenidən kürdlərin səsi ilə Kocaelidən deputat seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
unikal.az

1Mənbələr