BAKI, 7 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, liderlər regiondakı vəziyyəti müzakirə ediblər.
"Məsud Pezeşkian Rusiyanın İran xalqı ilə həmrəyliyinə görə Putinə təşəkkürünü bildirib. O, müharibənin gedişi barədə Putini məlumatlandırıb", - məlumatda qeyd olunur.
Putin öz növbəsində Moskvanın Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılması və diplomatik həll yoluna qayıtmağın vacibliyini bir daha vurğulayıb.