AZ

SEPAH-ın Azərbaycandakı agentlərinin adları

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror-təxribat aktlarının və kəşfiyyat xarakterli məlumatların toplanılması cəhdlərinin qarşısı alınıb.

"Unikal" xəbər verir ki, DTX-nin keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində terror planlarının qarşısı alınıb. Azərbaycan vətəndaşları Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğlu müvafiq maddələrlə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu ictimai xadimin həyatına sui-qəsdə hazırlıqda, Əhmədov Elvin Bəhruz oğlu isə qanunsuz silah və partlayıcı maddə saxlama maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

SEPAH-ın Azərbaycandakı agentlərinin adları: 

Xədicə Ağayeva
 Nərminə Şabanova
 Tərlan Quliyev
 Nicat Quliyev
 Əsəd Abdullayev
 Rəşad Rüstəmov
 Elvin Əhmədov

Seçilən
24
2
unikal.az

3Mənbələr