AZ

Aİ-dən Zelenskiyə sərt cavab: Təhdidlər qəbulolunmazdır

Aİ-dən Zelenskiyə sərt cavab: Təhdidlər qəbulolunmazdır

Avropa İttifaqı (Aİ) Komissiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstan Baş naziri Viktor Orban ünvanına səsləndirdiyi ifadələri sərt şəkildə tənqid edib.

AFN.az xəbər verir ki, Komissiyanın sözçüsü Olof Gill bu cür ritorikanın qəbulolunmaz olduğunu bildirib.

Brüsseldə keçirilən mətbuat konfransında çıxış edən Gill, Zelenskinin Orban haqqında "Aİ-nin Ukraynaya verməyi planlaşdırdığı 90 milyard avronu bloklamasın, əks halda Macarıstan Baş nazirinin ünvanını Ukrayna əsgərlərinə verəcəm" şəklindəki sözlərinin yolverilməzliyini vurğulayıb. Sözçü qeyd edib ki, Aİ üzvü olan ölkələrə yönəlik təhdidlər yolverilməzdir və bu, ortaq hədəflərə çatmaq üçün faydalı deyil.

Xatırladaq ki, tərəflər arasında gərginlik "Drujba" boru kəmərinə 27 yanvarda edilən hücumdan sonra pik həddə çatıb. Macarıstanın Xarici İşlər naziri Peter Siyarto neft nəqli bərpa olunana qədər Ukraynaya ayrılacaq 90 milyard avroluq krediti bloklayacaqlarını bəyan edib.

Prezident Zelenski isə son çıxışında kəskinliyini artıraraq, yardımı əngəlləyən şəxsin ünvanını silahlı qüvvələrə verəcəyini və əsgərlərin həmin şəxslə "öz dilində" ünsiyyət quracağını bəyan edib. Aİ rəsmiləri bu növ bəyanatların diplomatik etikaya zidd olduğunu vurğulayırlar.

Seçilən
117
afn.az

1Mənbələr