AZ

Şarl de Qoll Aralıq dənizindədir

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa Yaxın Şərqdə gərginliyin artması fonunda hərbi mövqeyini gücləndirmək məqsədilə “FS Tonnerre” (L9014) helikopterdaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Fransa mediası Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb. Fransa ordusunun nümayəndəsi bildirib ki, Yaxın və Orta Şərqdə baş verən böhran fonunda Fransa silahlı qüvvələrinin mövcud hərbi mövqeyini gücləndirmək üçün Aralıq dənizinə amfibiya helikopterdaşıyan gəmi yerləşdirilib.

Məlumata görə, “FS Tonnerre” cümə günü Aralıq dənizinə çatan Fransanın təyyarədaşıyan gəmisi “Charles de Gaulle” (R91) ilə birgə fəaliyyət göstərəcək.

Fransa Baş Qərargahı daha əvvəl bildirmişdi ki, Aralıq dənizində hərbi mövcudluğun gücləndirilməsi Yaxın və Orta Şərqdə baş verən böhrana cavab tədbirlərinin bir hissəsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
2
unikal.az

4Mənbələr