GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Martın 6-da saat 17 radələrində Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Masallı şəhər sakini 36 yaşlı İ. Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngindən R. Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib.
İ. Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədən zaman istifadə etdiyi tüfəng aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.