AZ

Pentaqon İran haqda yayılan xəbərləri yalanladı Gerçəklər isə...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ müharibə naziri Pit Heqset İranla münaqişənin miqyası və coğrafiyasının genişləndiyi barədə yayılan qiymətləndirmələri yanlış adlandırıb. O, bu barədə Florida ştatında keçirilən mətbuat konfransında bildirib. “Bəziləri müharibənin genişlənə biləcəyi və ya regionda xaosun hökm sürdüyü barədə danışır. Lakin bu, həqiqətdən çox uzaqdır”, – deyə Pentaqon rəhbəri vurğulayıb.

Bütün bunlar nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ki, ABŞ-ın əsas məqsədi Körfəz regionundakı müttəfiqlərinin mövcud gərginlikdən mümkün qədər az zərər görməsidir:

“Yaranmış vəziyyət həm iqtisadi problemlərə səbəb olur, həm də bu ölkələrin Vaşinqtona təzyiq imkanlarını artırır. İran müharibənin coğrafiyasını genişləndirməkdə maraqlı görünür və davamlı şəkildə ətraf ölkələrə zərbələr endirir. Açıq şəkildə müşahidə olunur ki, Körfəz ölkələrinə hücumlar artdıqca vəziyyət daha da gərginləşib. İraq, Bəhreyn, Qətər və Küveyt kimi dövlətlər müxtəlif formalarda zərbələrə məruz qalır. Pentaqon rəhbərinin verdiyi açıqlama isə Vaşinqtonun mövqeyini açıq şəkildə ortaya qoydu: İran müharibənin sərhədlərini genişləndirməməlidir. Lakin son qərarı Tehran verir. Görünən odur ki, rəsmi İran artıq münaqişənin miqyasını genişləndirmək yolunu seçib”.

Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, ABŞ Körfəz regionundakı müttəfiqlərini İrandan qorumağa çalışmalıdır:

“Lakin son müşahidələr göstərir ki, Vaşinqton bu missiyanın öhdəsindən tam şəkildə gələ bilmir. Həmin ölkələrdə yerləşən ABŞ bazalarının müdafiə imkanları da kifayət qədər zəif görünür. Hətta Bəhreynin ABŞ-la ittifaqdan çıxmaq məsələsini müzakirəyə çıxardığı barədə məlumatlar yayılmışdı. Bütün bunlar Pentaqon rəsmilərinin səsləndirdiyi bəzi açıqlamaların reallıqla tam üst-üstə düşmədiyini göstərir”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
globalinfo.az

1Mənbələr