AZ

Bu qarışqalarda aqressiyaya səbəb olur

Hava çirkliliyi qarışqalar arasında xaos və dava-dalaşa səbəb ola bilər. 

News365.az xəbər verir ki, alimlərin  araşdırmasına görə, problem qarışqaların bir-birini tanımaq üçün istifadə etdiyi kimyəvi qoxu siqnalının pozulması ilə bağlıdır.

Qarışqalar bədənlərindəki “alken” adlı kimyəvi maddələrin qoxusu vasitəsilə bir-birini tanıyır. Atmosferdəki Ozon (O3) qazı bu həssas molekulları parçalayaraq qarışqaların qoxu siqnalını zəiflədir.

Nəticədə qoxusu dəyişən qarışqalar koloniyaya qayıtdıqda digər qarışqalar tərəfindən “yad” kimi qəbul edilə və aqressiv hücuma məruz qala bilər.

Seçilən
11
news365.az

1Mənbələr