AZ

Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən vətəndaşlar saxlanılıb

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət TəhlükəsizliyiXidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslamRespublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindənAzərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların vəkəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısınıalıb.

Trend xəbər verir ki, QuliyevTərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiqoğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı,Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyevNaib İsmixan oğlu törətdikləri əməlləri, eləcə də SEPAH ilə əlaqəlişəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsdplanları ilə əlaqədar tapşırıqları icra etdiklərini etirafediblər.

Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terroraktlarını təşkil edən şəxsin SEPAH-ın Kəşfiyyat Təşkilatınınzabiti, polkovnik hərbi rütbəli Ali Asghar Bordbar Sheramininolduğu aşkar edilib.

Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaqməqsədilə kəşfiyyat xarakterli məlumatların toplanılması vəTerror-təxribat aktlarının təşkilində iştirakı müəyyənləşən İİRvətəndaşları Zandkian Yaser Rahim, Rustamzada Behnam Sahibali,Azarundbileh Hosein Savar Saber, Sheikhzadeh Sajjad Moghadam SatiSofi Evad barəsində beynəlxalq axtarış elan olunub.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı cinayət əməlləriaşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbuledilib. Belə ki, Quliyev Tərxan Tərlan oğlu və Ağayev Nicat Zamanoğlu, Abdullayev Əsəd Tofiq oğlu və Rüstəmov Rəşad Fərhad oğluCinayət Məcəlləsinin müvafiq maddələri ilətəqsirli bilinərək 6 il 6ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağaismi oğlu ARCinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsdetməyə hazırlıq), Əhmədov Elvin Bəhruzoğlu isə CM-nin 228.2.1(qabaqcadan əlbir bir qrup şəxstərəfindənqanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüşsursatı, partlayıcımaddələr və qurğuları əldə etmə, başqasınavermə, saxlama daşıma və gəzdirmə) maddəsi ilə cinayətməsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbsqəti-imkan tədbiri seçilib.

Seçilən
141
16
az.trend.az

10Mənbələr